Cəmiyyət 

Fermerlərə Şad Xəbər: Dronlar veriləcək

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə dronlar icarəyə veriləcək.

ARANTV.AZ-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.

“Hazırda pilot olaraq 1 ədəd dron gətirilib və qısa müddət ərzində onların sayı 15-dək artırılacaq. Onlar nazirliyin Elm və İnnovasiya Mərkəzinin nəzdində olan Bitkiçilik İnstitutunda veriləcək. Sözügedən institut tərəfindən mütəxəssis cəlb olunub ki, onların istifadəsinə dair təlimlər keçirsin”, – deyə T. Qafarbəyli bildirib.big.az

Daha çox xəbərlər