Bölgə Region Xəbərləri 

Şəhid Elməddin Hüseynzadənin ad günü məzarı başında qeyd edildi-VIDEO

44 günlük vətən muharibəsinin səhidi Elməddin Huseynzadənin dogum günü qeyd olunub. 22 yaşında şəhid olan qəhraman Azərbaycan oğlu yaşasayıdı 25  yaşı olacaqdı.

ikinci Qarabağ  müharibəsində şəhid olan Bərdə rayonunun Divanlı kənd sakini Elmədddin Hüseynzadənin ad günü ilə əlaqədar şəhidlər xiyabanında, məzarı başında mərasim keçirilib.

Rayon icra hakimiyyətinin məsul işçilərinin, kənd sakinlərinin, şəhid ailələri, müharibə vetranları, ictimaiyyət nümayəndələrinin və yaxınlarının iştirak etdikləri mərasimdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid Hüseynzadə Elməddinin məzarı üstünə çiçəklər düzülüb.

Çıxışlarda şəhidin 22 illik qısa, şərəfli həyat yolundan bəhs olunub, xatirələr dilə gətirilib, ötən il sentyabrın 27-dən başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan Qələbənin tarixi əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, Elməddin 1998-ci ilin martın 24-də Bərdə rayonunda dünyaya göz açıb, evin tək övladı olub.

Elməddin Hüseynzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib.  Elməddin Hüseynzadə 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Bərdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”  “Suqovuşanın azad olunmasına görə”    “Cəsur döyüşçü” medalı ları  ilə təltif edilib.

 

 

Daha çox xəbərlər