Cəmiyyət 

Bakı metrosunda sərnişin xlor dağıdıb

“Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.

Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Məlumata görə, hadisə nəticəsində maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib.

Daha çox xəbərlər