Dünya 

Şanxayda bina uçdu: 10 nəfər dağıntılar altında qaldı

Şanxayda bərpa olunmaqda olan bina uçub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, hadisə zamanı dağıntılar altında 10 nəfər qalıb. Dərhal aparılan xilasetmə tədbirləri nəticəsində 3 nəfərin xilas edildiyi bildirilir.

Məlumata görə, Çannin rayonunda yerləşən binanın naməlum səbəbdən tavanı çöküb, bundan sonra bina uçub.

Binada bir müddətdir bərpa-rekonstruksiya işləri aparılırmış.

Dağılan sahənin 1 min kv.m təşkil etdiyi qeyd edilir.

Daha çox xəbərlər