Cəmiyyət 

İftar etmək üçün məğrib azanının bitməsini gözləmək lazımdırmı?

İftar etmək üçün məğrib azanının bitməsini gözləmək lazımdırmı?

Məğrib azanının verilməyə başladığı an məğrib namazının vaxtı girir və namazı qılmaq olar. İftarın vaxtı da məğrib anında başlayır. Yəni məğrib azanının başladığı an iftar etmək də olar. Amma bir şərtlə ki, məsciddən səsi gələn azanın vaxtında verildiyinə yəqin olsun. Əgər yəqinlik varsa, o halda azanın ilk sözləri eşidiləndə yemək olar. Əlbəttə, azanın bitməsini gözləmək, azan sözlərinə qulaq asmaq və təkrar etmək daha yaxşıdır. Müqayisə üçün deyək ki, obaşdan vaxtı da sübh azanının ilk sözləri eşidiləndə yemək-içməyi dayandırmaq və oruca başlamaq lazımdır.

Daha çox xəbərlər