Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Keçmiş məhbus arvadını öldürdü, qonşuya getdi: “Sizi tövlədə…” – Yevlaxda şok olay

By Vüsal Rafiqoğlu
06.04.2023 3 Min Read

Yevlax rayonunda 1974-cü il təvəllüdlü Məmməd qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Leylanı öldürüb, qonşusu İlqara (adlar şərti verilib – red.) isə xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Məmməd 9 fevral 2022-ci ildə səhər saat 05:30-da yaşadığı Yevlax rayonunun kəndində fərdi yaşayış evinin yataq otağında arvadı Leylaya heyvanları bu gün sahəyə özünün aparacağını deyib.

Leylanın – “məni indi kimə qısqanırsan?”, – sualına cavabda, onu bir dəfə İlqarla gördüyünü deyib.

Leylanın yaxşı elədiyini, onun sözü ilə evdə oturmayacağını, ev dustağı olmayacağını deməsinə əsəbiləşib. Əvvəllər arvadı ilə birlikdə yaşadığı evin tövləsindən çıxdığını gördüyü həmkəndlisi İlqarı öldürmək qərarına gəlib. Evdə saxladığı tüfəngdən açdığı atəşlə Leylanı öldürüb.

Leylanın öldüyünə əmin olduqdan sonra saat 05:50-də yaşadığı evdən 150 metr aralıda qonşuluqda yaşayan İlqarın evinin həyətinə gedib. Yerdən götürdüyü daşla eyvanın döşəməsini döyüb və İlqarı səsləyib. İlqar qapını açıb eyvana çıxanda ona tərəf atəş açıb.

İlqara Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, hadisədən bir müddət əvvəl bir dəfə evə gələrkən İlqarı onların həyətindən çıxan görüb və arvadının ona xəyanət etməsindən şübhələnib:

“Çünki əvvəllər İlqar heç vaxt bizə gəlməmişdi. Arvadım Leyla ilə aramızda mübahisə yarandı və ona xəsarət yetirdiyim üçün Yevlax Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olundum. Sonra amnistiyaya düşdüm və həbsdən azad edildim. Amma mərhum arvadımın hərəkətini bağışlaya bilmədim. Həbsdən qayıtdıqdan sonra qərara gəldim ki, onu öldürüm”.

Təqsirləndirilən şəxsin məhkəmə ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yaranıb. Bu səbəbdən məhkəmə onun ibtidai istintaqa verdiyi ifadəsini tədqiq edib.

Məmməd ibtidai istintaqa deyib ki, hadisə günü səhər saat 05:30-da yuxudan oyanıb, çaynikə su doldurub və qaynaması üçün qaz sobasının üzərinə qoyub:

“Həmin vaxt arvadım da yuxudan oyandı. Ona torpaq sahəsinə getdiyimi, qayıdandan sonra tövlədə olan iribuynuzlu heyvanları örüşə özümün aparacağımı dedim.

Leyla çarpayıda uzanıqlı vəziyyətdə mənə – “indi kimə qısqanırsan?”, – dedi. Mən də Leylaya – “mən səni bir dəfə İlqarla görmüşəm”, – dedim. Leyla da mənə evdə oturmayacağını söylədi”.

Məmməd qeyd edib ki, Leyla onunla mübahisə edən zaman çarpayıda uzanıqlı vəziyyətdə olub:

“Arvadımla mübahisədən sonra yataq otağında divanın altında olan qoşalülə “16-lıq” tüfəngi götürdüm. Leylaya tərəf yaxınlaşdım. Aramızda məsafə təxminən bir metr olardı.

Tüfəngi Leylaya tərəf tutdum. Silahı görən Leyla qışqırmağa başladı. Onun baş nahiyəsi istiqamətində atəş açdım. Lakin qırmanın Leylanın hansı nahiyəsinə dəydiyini görmədim.

Qoşalülə tüfəngi 28 fevral 1993-cü ildə Ağdam rayonundan tapmışam. O vaxtdan da yataq otağımdakı divanın altında saxlamışam”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir dəfə atəş açıb və qadının boğaz nahiyəsindən qan gəldiyini görüb:

“Cibimdən siqaret çıxararaq çəkdim. Siqareti çəkdikdən sonra 1 stəkan çay içdim. Saat 6 radələrində 100-130 metr aralıda yaşayan həmkəndlim İlqarı öldürmək məqsədi ilə tüfəngi də götürdüm və yaşadığı evə tərəf getdim. Bunun üçün psixi xəstə olan həmkəndlim Əlinin yaşadığı evin həyətindən İlqarın həyətinə keçdim.

Yerdən daş götürdüm, evin eyvanındakı taxta döşəməyə vurdum. İlqar çölə çıxmadığı üçün bundan sonra bir neçə dəfə daşla döşəməni döydüm. Nəhayət, İlqar evdən eyvana çıxdı”.

Məmməd qeyd edib ki, aralarında məsafə təxminən 7-8 metr olub:

“İlqarı görən kimi qoşalülə tüfənglə bir dəfə ona atəş açdım. O, qışqırdı, mən də həyətdən çıxdım. İlqara hansı nahiyəsindən xəsarət yetirdiyimi bilmədim”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 18 il müddətinə azadlıqdan məhrum edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənilərin Ağdamda üzə çıxan vəhşiliyi – VİDEO

Next

Türkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olundu – FOTO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv