Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Aprelin 8-nə keçən gecə Merac gecəsidir

By Vüsal Rafiqoğlu
07.04.2023 3 Min Read

Ramazan ayının 17-nə keçən gecə, bu il aprelin 8-nə keçən gecə, Peyğəmbərin (s) mübarək Merac gecəsidir. Merac – Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatında baş vermiş ən mühüm hadisələrdən biri. Hansı tarixdə baş verməsi barədə alimlər arasında fikir ayırılığı vardır. Geniş yayılmış məlumata görə, Məkkə dönəmində, peyğəmbərliyin 10-cu ilindən sonra (daha dəqiq desək, Əbu Talibin vəfatından sonra) baş vermişdir. Merac gününün də dəqiq tarixi məlum deyil. Müxtəlif mənbələrdə 17 ramazan, 2 rəbiül-əvvəl, 17 rəbiül-əvvəl və ya 27 rəcəb gecəsində, yaxud rəcəb ayının ilk cüməsinin gecəsində baş verdiyi yazılıb. Merac Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzələrindən biri sayılır. “Merac” sözünün ərəb dilindən tərcüməsi “yüksəliş, yuxarıya qalxma” mənasını verir. Əbu Talibin və Xədicənin vəfatından sonra Həzrət Mühəmməd (s) tez-tez öz qohumlarının evini ziyarət edir, onlara qonaq olur, bəzən gecəni də orada qalırdı. Bir gün o, Əbu Talibin qızı, Həzrət Əlinin (ə) bacısı Ümmi-Haninin evində qonaq idi. Gecəyarı Allahın vəhy mələyi Cəbrail İslam Peyğəmbərinin görüşünə endi və onu çox şərəfli bir səfərə dəvət etdi. Bu səfərdə Həzrət Mühəmmədə (s) bələdçilik etməyi Allah-təala ona tapşırmışdı. Peyğəmbərimiz Cəbrailin gətirdiyi “Büraq” adlı xüsusi miniyə minib gecəyarı Məkkəni tərk etdi. Onun səfərinin birinci mərhələsi müsəlmanların ilk qibləsi, böyük peyğəmbərlərin vətəni Qüds (Yerusəlim) şəhərindəki Beytül-Müqəddəs məscidinə oldu. Mmerac gecəsində Peyğəmbərin Məkkədən Qüdsə səfərini “isra” adlandırırlar. Beytül-Müqəddəs məscidini, habelə Qüds şəhərinin başqa dini ziyarətgahlarını gəzib orada namaz qıldıqdan sonra Peyğəmbərin ilahi səyahətinin ikinci mərhələsi başlandı. Həzrət Mühəmməd (s) Cəbrailin müşayiəti ilə səmaya qalxdı. Büraq o həzrəti səmanın təbəqələrindən asanlıqla keçirərək bu səfərin asanlığını təmin edirdi. Həzrət Mühəmməd (s) meracda keçmiş peyğəmbərlərin ruhları ilə görüşdü, cənnətdə möminlərə nə kimi mükafatlar veriləcəyindən, günahkarların necə cəzalandırılacaqlarından xəbərdar oldu. Hədislərdə deyildiyi kimi, merac zamanı Peyğəmbərimiz Allahın qüdrət və əzəmətinin zahir olduğu yerlərə elə yaxınlaşdı ki, heç bir mələk, o cümlədən cənab Cəbrail Onu müşayiət edə bilməyib geri qaldı. Meracın əsas əhəmiyyəti bundadır ki, həmin hadisə zamanı Allah-təala müsəlmanlara gündəlik namazları qılmağı vacib elan etdi. Həzrət Mühəmməd (s) çox qısa müddət ərzində, cəmi bir neçə dəqiqə içində böyük səfərini başa vurdu, getdiyi yolla da geri qayıtdı. O, səmada hərəkət edib Məkkəyə dönərkən yolda şəhərə yaxınlaşan ticarət karvanını gördü və karvanın nişanələrini yadda saxladı. Səhər Həzrət Mühəmməd (s) şəhərə çıxıb öz ilahi səfərini məkkəlilərə xəbər verdi. Onun bir neçə dəqiqə ərzində Məkkədən Qüdsə, oradan da səmaya qalxdığını, göy təbəqələrini dolaşdıqdan sonra geri döndüyünü eşidən bütpərəstlər yenə istehza etməyə başladılar. Bu zaman Həzrət Peyğəmbər yolda gördüyü karvanı təsvir etdi, dəvələrin sayını, rəngini, yükünü yerli-yerində söylədi. Məkkəlilər Peyğəmbərdən tələb etdilər ki, əgər doğrudan da Qüdsə getmişdirsə, oranın mənzərəsini təsvir etsin. Həzrət Mühəmməd (s) Beytül-Müqəddəs məscidinin içini və çölünü, habelə başqa müqəddəs yerləri ətraflı şəkildə təsvir etdi. Tez-tez Qüdsə səfər edən tacirlər onun dediklərinin həqiqətə tam uyğun olduğunu təsdiqlədilər. Bu vaxt Peyğəmbərin yolda gördüyü ticarət karvanı Məkkəyə daxil oldu. Karvanın bütün əlamətləri Həzrət Mühəmmədin (s) söylədikləri ilə eyni idi. Keçmiş dövrdə yaşamış tədqiqatçıların bir hissəsi meracın cismani deyil, ruhi olduğunu söyləmişlər. Onların fikrincə, Peyğəmbərin yalnız ruhu meraca getmiş, yəni o, xəyalən gəzib-dolanmış, bədəni isə Məkkədə qalmışdır. Alimlərin bu fikrə düşməsinin səbəbi orta əsrlərdə astronomik düşüncədə Ptolomeyin geosentrik (Yer mərkəzli) sisteminin hakim olması idi. Bu düşüncəyə görə, Yer kurəsini ardıcıl olaraq 4 həyat ünsürü – su, torpaq, hava və od əhatə edir. Bundan sonra “fələklər” adlanan doqquz qat gəlir. Hər hansı cismin bu fələkləri yarıb keçməsi mütləq kainatın məhvi ilə nəticələnər. Buna görə də, insanın cismani olaraq fələkləri yarıb meraca qalxması qeyri-mümkün sayılırdı. Lakin elm inkişaf etdikcə, həm Ptolemeyin geosentrik sisteminin, həm də “doqquz fələk” anlayışının yanlış olduğu aşkara çıxdı. Şiəliyin “şeyxiyyə” qolunun banisi Şeyx Əhsai kimi alimlər isə meracın ayıqlıqda deyil, yuxuda baş verdiyinə inanırdılar. Lakin İslam alimlərinin böyük əksəriyyətinin fikrincə, Həzrət Mühəmməd Peyğəmbər (s) cismani (fiziki) halda meraca getmişdir. Bu hadisənin bəzi cəhətləri əlçatmaz və qeyri-mümkün görünə bilər. Lakin Eynşteynin nisbilik nəzəriyyəsi, həmçinin müasir kvant fizikasına istinadən belə bir hadisənin məhz fiziki formada baş verə bilməsini əsaslandırmaq mümkündür. Qurani-kərimin bir neçə ayəsində Həzrət Mühəmməd Peyğəmbərin (s) merac və israsına həm açıq, həm də üstüörtülü işarələr mövcuddur. Belə ayələrin birində buyurulur: “Bəzi ayətlərimizi göstərmək üçün öz bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. Ö,doğrudan da (hər şeyi) eşidəndir, görəndir” (‘İsra”, 1).

Mənbə: https://islam.az

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gələcəyimizi ilmə-ilmə çizən cizgi filmləri – Uşaqlarınızı qoruyun!

Next

BƏRDƏNİN “TƏZƏ BAZAR”ININ KÖHNƏ AZARI-VİDEO

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv