Sürücü sükan arxasında yuxuladı, ailəsi ilə qəzaya düşdü – FOTO
Şamaxı – Həmyə – Qonaqkənd avtomobil yolunda qəza baş verib.
ARANTV.AZ xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, Şamaxı rayon Həmyə kənd sakini, 1954-cü il təvəllüdlü Abdullayev Mirbaba Yusif oğlunun idarə etdiyi “Hyundai Tucson” markalı minik maşını yoldan çıxaraq, yolun kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində sürücü və onu ailə üzvləri – həyat yoldaşı, 1963-cü il təvəllüdlü Abdullayeva Şahnaz Mürüdxan qızı, 1955-ci il təvəllüdlü Abdullayeva Şəbnəm Mirbaba qızı yaralanıb.
Hər üç şəxs müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.
İlkin məlumatlara görə, sürücünün sükan arxasında yuxulaması qəzaya səbəb olub.
Faktla bağlı araşdırma aparılır.



