Cəmiyyət 

Susub, səssiz qalmayın!

Ədalət keşiyində duran qurumlar insan hüquqlarına və beynəlxalq humanitar hüquqa bu qeyri-bərabər hörmətsizlik qarşısında səssiz qalmamalı, bu məsələ başda olmaqla, növbəti faciələrin qarşısını almaq üçün təcili tədbirlər görməlidir

Qəddarlıq, zalımlıq erməni xislətinə xasdır. Məhz bu səbəbdən də onların bizim hərbi qulluqçu ilə normal rəftar edəcəyi gözlənilən deyildi. O da təsadüfi deyil ki, erməni cəmiyyətinin bu kəsiminin qaydalara, başlıcası isə insanlığa yad olan davranışlarından azərbaycanlılar ümumiyyətlə, müxtəlif tarixlərdə çox əziyyət çəkiblər. Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ermənilər tərəfindən əsir götürülüb. Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.

Baş Prokurorluq tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ombudsman Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ombudsman BQXK-dən azərbaycanlı hərbçilərə baş çəkməsini tələb edib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsgər Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsini 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirərək qarşı tərəfin insanlığa sığmayan bu cür amansızlığını qətiyyətlə pisləyir və əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda bildirilib.

Qeyd olunur ki, Dövlət Komissiyası tərəfindən əsgərlərimizin həyat və sağlamlığına qarşı yönəlmiş belə halların aradan qaldırılması və onların tezliklə azad edilməsi üçün aidiyyəti beynəlxalq təşkilatlara rəsmi qaydada müraciətlər ünvanlanaraq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə çağırış edilib.

İstər müharibə vaxtlarında, istərsə də sonrakı dövrlərdə Azərbaycanda əsir düşmüş erməni hərbçilərinə qəbul edilmiş konvensiyalara uyğun olaraq və rəsmi hərbi əsir statusu alaraq onlara lazım olan bütün yardımlar göstərilib. Sonradan isə onlar öz ölkələrinə geri göndəriliblər. Bir çox erməni hərbi əsirləri hətta öz ölkələrində Azərbaycanda əsirlikdə olarkən tələb olunan konvensiyalara uyğun şəkildə davranış göstərildiyini bildiriblər. Hətta bir erməni azərbaycanlı hərbi həkimin onun həyatını xilas etdiyini və o da ömür boyu ona minnətdar olacağını da bildirmişdi. Ancaq azərbaycanlı hərbi əsirlərə necə davranışların göstərildiyini sübuta yetirən yüzlərlə görüntülər var. Hazırda baş verən bu olay da həmin faktların birinə çevrilməkdədir.

Hayların xislətinə yaxından bələd ol­saq da, xüsusilə Birinci Qarabağ mühari­bəsi dövründə onlardan hər cür rəzaləti, insanlıqla bir araya sığmayan vəhşiliyi görsək də, indi, atəşkəs şəraitində du­manda yolunu azaraq qarşı tərəfə keç­miş, onlara bir güllə belə atmayan gənc əsgərimiz Hüseyn Axundovu vəhşicəsinə döymələrini hansı əxlaq və hüquq meya­rı ilə ölçmək olduğunu təsəvvür belə edə bilmirik? Bu vəhşi rəftarın, belə heyvani davranışın bir adı var – erməni faşizmi! Baş verən bu vəhşilik onu sübut edir ki, regionda Azərbaycan tərəfindən sülh təşəbbüslərinin dəstəklənməsinə baxmayaraq, Ermənistanda revanşist qüvvələr var və onlar 2020-ci ildəki ağır məğlubiyyətin heyfini bu cür ucuz üsullarla çıxmağa çalışırlar.

İşgəncə faktı məhz erməni sosial şəbəkələrində ictimailəşdiriləndən sonra bu cinayətə görə beynəlxalq aləmin susqunluğu müşahidə edildi. Daha dəqiq desək, uzağı bir-iki təşkilat boğazdan yuxarı “bəyanat” verməklə işlərini bitmiş hesab etdilər. Yalnız Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko bəyan etdi ki, Azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu görüb və bu mənzərə doğrudan da acınacaqlıdır. O, “Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir”, – deyə bildirib. Təəssüf ki, biz bu dəfə də Azərbaycana qarşı etinasızlığın şahidlərinə çevrildik. Bəli, ola bilsin ki, bugünlərdə Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s beynəlxalq humanitar xarakterli qurumlar hər hansı münasibət bildirsinlər, amma bu münasibətlərin əməli şəkildə həyata keçirilmələrinə inanmaq çətindir.

Bir erməninin həmsərhəd ərazilərdə burnu qanayan kimi Azərbaycana qarşı olmazın hücumlar təşkil edən bəlli beynəlxalq təşkilatlar, insan haqları qurumları bu olayı dərhal diqqətə götürür və sərt bəyanatlar verirlər. Amma iş gəlib bizə çatanda nə eşidirlər, nə görürlər, nə də ki… Budurmu sizin ədalət tərəzinizin düzgünlüyü, budurmu haqq? YOX! BU DEYİL!

İnsanlığın, humanizmin, şərəfin nə olduğunu bilməyən ermənilərin davranışlarına dünya səssiz qalmalı deyil. Artıq Azərbaycan cəmiyyəti, xalqı da dünyadan tələb edir ki, Azərbaycan hərbi qulluqçusu ilə qəddar davranışa görə Ermənistana sərt reaksiya  verilsin. Hərbi qulluqçumuza qarşı bu cür qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı beynəlxalq təşkilatlar dərhal reaksiya  verməli,  Ermənistanı beynəlxalq hüquqla üzərinə götürdüyü tələblərə riayət etməlidir. Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktları beynəlxalq səviyyədə araşdırılmalı və lazımi qiymət verilməlidir. Ermənistanın məsuliyyətinə cavabdehlik xüsusi vurğulanmalı, işğalçı dövlətə beynəlxalq təzyiq gücləndirilməlidir. Əks halda belə təşkilatların da yersiz və lazımsız olduqları növbəti dəfə sübuta yetiriləcək.

Daha çox xəbərlər