Bölgə Hadisə Region Xəbərləri 

Tərtərdə bir nəfər mülkü şəxs minaya düşüb- VİDEO

Xəstəxanaya çatdırılan 43 yaşlı kişinin ayağı amputasiya olunub. Hadisə rayonunun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini 43 yaşlı Elnur Əsgərov kənd ərazisində açıq sahədə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs əvvəlcə Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb onun vəziyyəti ağır olduğu üçün cərrahiyyə əməliyyata qaldırılıb. Sol aşağı ətrafın pəncə nahiyəsindən travmatik amputasiya olunub. Zərərçəkənin vəziyyətinin ağır olduğundan Bərdə mərkəzi rayon xəstəxanasına göndərilib. Hazırda vəziyyəti orta ağırdır. Qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir. Xatırladaq ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

ARANTV

 

Daha çox xəbərlər