Almanın müalicəvi təsiri üzə çıxdı
Pensilvaniya Universitetinin alimləri almanın tərkibində artıq çəkidən qurtulmağa, demensiya və ya Alzheymer xəstəliyinin riskini azaltmağa imkan verən maddələr tapıblar.
ARANTV.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat “American Journal of Clinical Nutrition” tibbi jurnalında yayımlanıb.
Araşdırma zamanı məlum olub ki, bu maddələrdən biri polifenoldur. Mütəxəssislərin fikrincə, polifenol çəki dəyişikliklərinə nəzarət etməyə kömək edir. Bundan əlavə, onun bədəndə kifayət qədər konsentrasiyası 2-ci tip diabetin inkişafına mane olur. Bu xəstəliyin inkişaf riski ən azı 18% azalır. Alma həmçinin ən güclü antioksidantlardan birini – beyni neyrodegenerativ xəstəliklərdən qoruyan quercetin ehtiva edir.
Yekunda mütəxəssislər təzə alma yeməyi tövsiyə ediblər, çünki onlarda qida dəyəri daha çoxdur.

