Hadisə 

Şəmkirli yeniyetmə Bakıda saxlanıldı

Oğurluqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.

ARANTV.AZ  xəbər verir ki, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 17-də Bakı şəhər sakini A.Rüstəmova məxsus “Mercedes” markalı  avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 23-də rayon ərazisindəki dərzixanaların birindən 80 manat pul və şəxsiyyət vəsiqəsi  oğurlaması da müəyyən edilib.Unikal.org

Daha çox xəbərlər