Bərdədə:“Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib
Bərdə rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib.
ARANTV.AZ xəbər verir ki, tədbirdə Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin məsul əməkdaşları, səhiyyə işçiləri iştirak ediblər. Öncə tədbir iştirakçıları Bərdə Diaqnostika Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyasının və şəhər məktəblilərinin əl işlərindən və rəsm əsərlərindən, həmçinin Heydər Əliyev Mərkəzinin eksponatlarından ibarət sərgi ilə tanış olublar. Tədbir Bərdə Diaqnostika Mərkəzinin akt zalında davam edib.Sonra “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Vüsal Məmmədov “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda məruzə ilə çıxış edib Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi xidmətlərdən söz açıb. Hələ ötən əsrin 70-80-ci illərində tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməsindən, tibb elmi və səhiyyə sahəsində mövcud durğunluğun aradan qaldırılmasına nail olmasından bəhs edib.Bildirib ki, Ümummilli Lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar tədbirlər kompleksinə – köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Ulu Öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulayırdı. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı.Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu sahəyə xüsusi qayğı ilə yanaşır. Çıxışlarda Azərbaycan səhiyyəsinin inkişafından, milli kadr potensialının gücləndirilməsindən, müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin inşasından da söz açılıb. Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizədə səhiyyə işçilərinin əvəzsiz xidmətləri xüsusi vurğulanıb.
ARANTV.AZ
Nilufər Əliyeva






