YAP Bərdə rayon təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı nəşi yeni tapılıb torpağa tapşırılan 34 il itkin olmuş şəhidlərin ailələrində olublar.
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın kollektivi və YAP üzvü olan şəhid anaları ilə birlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə 34 il itkin olmuş, nəşi yeni tapılıb torpağa tapşırılan şəhidlərin ailələrini ziyarət ediblər.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya 34 illik itkinliklərinə son qoyulmuş şəhidlərin ailələrinin dərdinə şərik olduqlarını bildirib. Qeyd edib ki, Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında xalq, Ordu, iqtidar birliyi ilə əldə edilmiş böyük Zəfər nəticəsində bu ağır itkinlik dərdlərinə də son qoyulur. Bu, dünyada analoqu olmayan addımdır.
Ziyarət zamanı şəhid anaları Arzu Hüseynzadə, Mehparə Qəribova, Radə Qurbanova, İsbət Hətəmova, Səidə Qarayeva və Əzizə Ədilova dövlətimizin bütün şəhidlərimizə sahib çıxmasından, onların ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.







