Gündəm 

Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev sabah ölkəmizə səfər edəcək.

ARANTV.AZ  bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə  verilən məlumata görə, A.Sergeyev və rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında olacaq.

Sabah səfər çərçivəsində hər iki akademiya arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş imzalanacaq.

Qonağın bir sıra yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

Daha çox xəbərlər