Gündəm 

Heydər Əliyev adına liseydə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir-FOTO

May ayının 5-i Heydər Əliyev adına liseydə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu bir Sərkərdə, Ulu bir Öndər” adlı tədbir keçirilmişdir.
Tədbirdə lisey rəhbərliyi və qonaqlar Ulu Öndərin büstü və liseyimizin şəhid
məzunu Cavid Manafovun xatirə guşəsinin önünə güllər qoymuş, sonra isə
liseydə şagirdlərin əl işlərindən ibarət olan “Ulu Öndər 100” adlı sərgiyə baxmışlar.
Daha sonra Ulu Öndər başda olmaqla haqq savaşımız zamanı canlarını Vətən
yolunda fəda edmiş bütün şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan
Respublikasının Dövlət himni ilə tədbir açıq elan olunmuşdur.
Tədbiri çıxış sözü ilə açan liseyin direktoru Sevinc xanım Orucova Ulu Öndər
Heydər Əliyevin Azərbaycanın çiçəklənmə yollarına gəlib çıxmasında misilsiz
rolundan, əvəzsiz xidmətlərindən söz açmış, ömür-gün yoldaşı, bu yaxınlarda 100
illiyini qeyd etdiyimiz Zərifə xanımla yaratdığı nümunəvi Azərbaycan ailəsi
tablosundan, ata nəsiyyətini layiqincə yerinə yetirən dəmir yumruq əzmli Ali Baş
Komandanımız İlham Əliyevin başçılığı ilə qazandığımız qələbəmizdən söz
açmışdır.
Tədbirin fəxri qonaqları olan Xətai Rayon İcra Başçısının müavini Rafiq İsayev
və Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun
müdiri Fuad Qarayev Ulu Öndərin əvəzsiz lider, dahi şəxsiyyət olmasından, onun
qeyri-adi bilik və bacarığından, xalqımızın xilaskarı olmasından, 44 günlük haqq
savaşımızdan və möhtəşəm qələbəmizdən söz açmışdılar. Tədbirdə həmçinin Yeni
Azərbaycan Partiyasının Xətai Rayon təşkilatının məsləhətçisi Ənvər Bayramov,
Xətai Rayon icra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin
təşkili şöbəsinin müdiri Anar Məmmədov və Xətai Rayon Gənclər İdman İdarəsinin
aparıcı məsləhətçisi Mamed Rzayev də iştirak etmişlər. Tədbir şagirdlərin ifasında
rəqslər, müxtəlif ifalarla davam etmiş, “Odlu Qılınc” tamaşası ilə başa çatmışdır.
Fəxri qonaqlara şagirdlərin əl işlərindən ibarət Ulu Öndəri canlandıran hədiyyələr
təqdim olunmuşdur.

Daha çox xəbərlər