Ulu öndər Heydər Əliyevlə görüşən Bərdəli sağıcı-VİDEO
Heydər Əliyev işləyənin qədrini bilər, çəkilən zəhməti lazımınca qiymətləndirərdi. Bərdə rayon sakini Fərqanə Adıgözəlova ömür kitabının hər səhifəsindəki uğurlarda ulu öndərin böyük rolu olduğunu deyir.
Bərdə rayon sakini, sağıcı Fərqanə Adıgözəlovanın əmək fəaliyyətinə başladığı illər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Günlərin birində gələcək südçü gənc qadına tez-tez Bərdəyə gələn ümummilli liderlə görüşmək nəsib olur. O dövrdə kalxozda təcrübə keçən Fərqanə xanım ali təhsil almaq təşəbbüsü də ümummilli liderdən gəlir. 20 yaşında Fərqanə Gəncə şəhərində Kənd təsərrüfatı üzrə alı təhsil alır.
Fərqanə Adıgözəlova deyir ki, ulu öndər Heydər Əliyev hər zaman zəhmətkeş insanların arasında olub, onlarla maraqlanıb, əməyə yüksək qiymət verib. 23 il sağıcı işlədiyi kolxozda iki dəfə ümüm milli liderlə görüşmək imkanı qazanıb.
Ulu öndər Heydər Əliyevin hər dəfə Bərdə rayonuna gəlişi bayrama çevrilərdi. Sağıcı qadının sözlərinə görə, Heydər Əliyev çox səmimi insan idi. Hər kəslə dostcasına görüşərdi. Kənd camaatı onu ehtiramla, hörmətlə, məhəbbətlə qarşılayardı. Heydər Əliyev səfərləri zamanı rayon zəhmətkeşlərinin problemləri ilə yaxından maraqlanardı. O qədər sadə, mehriban insan idi ki, adamların hər birini səbirlə dinləyər və onların problemlərini həll edərdi.
Heydər Əliyev elə bir şəxsiyyətdir ki, əsrlər keçəcək, lakin o, unudulmayacaq. Çünki gəncliyindən ömrünün sonuna qədər xalq üçün, Azərbaycanın inkişafı üçün çalışıb. Hər kəsə qayğı ilə, hörmətlə yanaşıb.