İlham Əliyev və Mehriban Əliyeva Şuşada Xüsusi nümayəndəliyin binasının önündə görüləcək işlərlə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 9-da Şuşada Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma meydanda görüləcək işlər barədə məlumat verilib.