Maraqlı 

Bir neçə gün əvvəl “WhatsApp”da tapılan təhlükəli boşluq “Telegram”da da aşkarlandı

“Google” mühəndisi Den Reva “macOS” üçün “Telegram”da sahibinin xəbəri olmadan kamera və mikrofonu aktivləşdirən təhlükəli boşluq aşkar edib.

Bu boşluq hakerə “Telegram”ın içində zərərli proqram olan dinamik kitabxana (“Dylib”) yerləşdirməyə imkan verir. Beləliklə, haker kameradan video yaza və qeydi gizli qovluqda saxlaya bilir.

Bildirilir ki, mesencerin “Apple”ın “Hardened Runtime” və “Entitlements” adlanan daxili təhlükəsizlik mexanizmlərindən istifadə etməməsi belə təhlükəsizlik probleminə səbəb olub.

Mənbə: Gaming Deputy

Daha çox xəbərlər