Moskvada “Kutuzov Tauer” biznes mərkəzi yanır
Moskvada biznes mərkəzlərin birində yanğın başlayıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, yanğın “Kutuzov Tauer”də 19-cu mərtəbədə baş verib.
Yanğından dərhal sonra 700 nəfər təxliyə olunub. Yanğına səbəb olaraq kondisionerin alışması göstərilir.
Hazırda hadisə yeri mühasirəyə alınıb.

