Dünya 

Hava limanı vulkana görə işini dayandırdı

Meksikanın Puebla Beynəlxalq Hava Limanı Popokatepetl vulkanının buraxdığı kül səbəbindən fəaliyyətini dayandırıb. Bu barədə ştatın Mülki Müdafiə İdarəsi tviter hesabında yazıb.

ARANTV.AZ lent.az-a istinadən bildirir ki, məlumatda Beynəlxalq Hava Limanının uçuş-enmə zolaqlarına kül düşdüyünə görə növbəti xəbərdarlığa qədər fəaliyyətinin dayandırıldığı bildirilib.

Daha əvvəl yerli hakimiyyət orqanları Puebla ştatının 40 bələdiyyəsində, həmçinin Mexiko və Tlaskala ştatlarının bəzi ərazilərində məktəbləri onlayn tədrisə keçirmək qərarına gəliblər.

Daha çox xəbərlər