Hadisə 

Cəlilabadda BƏDBƏXT HADİSƏ – Xəstəxanaya çatdırılsa da…

Cəlilabad sakinini arı sancıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Alar kəndində baş verib.

Adil Rzayev arılara qulluq edərkən, arı təknəsinin üstünə yıxılıb. Bu zaman arılar ona hücum edib.

A.Rzayev Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinı baxmayaraq arıçı xəstəxanada dünyasını dəyişib.

Ilkin ehtimala görə A.Rzayevin ölümünə səbəb arı sancmasıdır.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər