Üç Avropa ölkəsinin səfiri Rusiya XİN-ə çağırılıb
Almaniya, Danimarka və İsveçin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, XİN-ə çağırılan diplomatların ölkələri “Şimal axını”na qarşı həyata keçirilmiş təxribatın izlərini ört-basdır etməyə və əsl günahkarların tapılmasına maneə törətməyə cəhd edirlər.
“Almaniya, Danimarka və İsveç hakimiyyətinin “Şimal axını”nda təxribatın araşdırılmasında Rusiya tərəfi ilə əməkdaşlıqdan imtinası qəbuledilməzdir”, – Rusiya XİN-nin məlumatında qeyd olunur.
Mənbə: TASS