Dünya 

ABŞ kəşfiyyatından Kremlə hücumla bağlı: “Zelenskinin, bəlkə də, bundan xəbəri yox idi”

“Moskvada Kremlə dron hücumunu Ukraynanın xüsusi hərbçiləri və ya kəşfiyyat bölmələri təşkil edib”.

Bu barədə “The New York Times” nəşri ABŞ kəşfiyyat orqanlarının məlumatlarına istinadən yazıb.

Eyni zamanda nəşr qeyd edib ki, ABŞ hücumun hansı bölmə tərəfindən təşkil edilmiş ola biləcəyi ilə bağlı dəqiq məlumata sahib deyil. Həmçinin Prezident Volodimir Zelenskinin bundan xəbəri olub-olmadığı da məlum deyil.

Xatırladaq ki, mayın 3-də Kremlə dronla hücum cəhdi olub.

Daha çox xəbərlər