Bölgə 

Gəncədə mikroavtobus iki avtomobillə toqquşdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan 4 saylı xətt üzrə işləyən ISUZU markalı sərnişin avtobusu ilə VAZ-21015 və “Niva” markalı minik maşınları toqquşub.

Qəzadan sonra avtobus yoldan çıxaraq reklam dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər