Putin Ərdoğanla telefon danışığı aparacaq
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Əminliklə demək olar ki, Putinlə Ərdoğan arasında telefon danığışı tezliklə baş tutacaq”, – deyə Peskov vurğulayıb.
Kremlin rəsmi nümayəndəsi Putin-Ərdoğan görüşünün perspektivləri barədə də danışıb. Bildirib ki, yaxın vaxtlarda görüş hələlik yoxdur, lakin hansısa anda bu baş verəcək.

