KOBİA Gürcüstanın Biznes Assosiasiyası ilə Anlaşma Memorandumu imzalayıb – FOTO
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb.
İmzalanma Tiflisdə bu gün keçirilən Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində baş tutub.
“Sənədin hər iki ölkənin KOB-ları arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə inanırıq”, – deyə O. Məmmədov bildirib.