Dünya 

Fransa ÇALXALANIR: iyunun 6-da…

Fransa Daxili İşlər Nazirliyi iyunun 6-da ölkə boyu pensiya islahatına qarşı keçiriləcək nümayişlər zamanı asayişi təmin etmək üçün 11 min polis və jandarm göndərəcək.

Arantv.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə bazar günü jurnalistlərə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat verib.

Onun sözlərinə görə, göstərilən saydan 4000-i Parisdə nümayişçiləri izləyəcək.

“Daxili İşlər Nazirliyinin kəşfiyyat xidmətləri çərşənbə axşamı xaricdən gələn ifrat solçu təşkilatların nümayəndələrinin aksiyalarda iştirakını gözləyir”, – Darmanin bildirib.

O, həmçinin bildirib ki, onun göstərişi ilə 17 nəfərə “bu şəxslərin yürüşlərə qoşulmasının qarşısını almaq və lazım gələrsə, saxlanmalarını asanlaşdırmaq məqsədilə” inzibati qadağalar tətbiq edilib.

Daha çox xəbərlər