Dünya 

Moskvaya uçan təyyarəni havada ildırım vurdu – FOTO/VİDEO

Rusiyanın Vladivostok şəhərindən Moskvaya uçan “Airbus A350-900” təyyarəsi bulud topasının içindən keçərkən gövdəsini ildırım vurub.

Şahidlərin sözlərinə görə, təyyarə havaya qalxdıqdan və sıx buludların içinə girəndən dərhal sonra göyərtəyə ildırım düşüb. Lakin bu, uçuşun yerinə yetirilməsinə və ya sərnişinlərin sağlamlığına heç bir şəkildə təsir etməyib. İldırımın səsi eşidilib, bəziləri qığılcımı görüb.

Uçuş bələdçiləri bildiriblər ki, müasir təyyarələr ildırımdan qoruyucu sistemlərlə təchiz olunub, ona görə də təyyarənin gövdəsinə dəyən zərbə heç bir şəkildə uçuşa təsir göstərmir.

 

Mənbə: İzvestiya

Daha çox xəbərlər