Dünya 

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi sabah açılacaq

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi sabah açılacaq.

APA xəbər verir ki, bu barədə AFP Krallıqdakı diplomatik mənbəyə istinadən məlumat verib.

“İranın ər-Riyaddakı səfirliyinin açılışı sabah yerli vaxtla saat 18:00-da İslam Respublikasının yeni səfirinin iştirakı ilə baş tutacaq”, – qeyd olunub.

Daha çox xəbərlər