Paşinyan Toivo Klaar ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi
Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, Ermənistan Baş nazirinin Ofisi məlumat yaydığı məlumata görə, görüşdə Nikol Paşinyan və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini, Brüssel və Kişinyov görüşlərinin nəticələrini müzakirə ediblər.

