Azərbaycanda məktəbli qız qaçırıldı
Salyan rayonunda məktəbli qız qaçırılıb.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir.
“Bu gün Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, qızının həmkəndlisi tərəfindən ailə qurmaq məqsədilə qaçırıldığını bildirib. Daxil olan məlumatla əlaqədar araşdırma aparılır”.

