Daha tez yuxuya getməyinizə kömək edəcək 5 qida
Mütəxəssislər daha tez yuxuya getməyinizə kömək edəcək 5 qidanın adını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, tez yuxuya getməyinizə və gecə boyu yaxşı yatmağınıza kömək edən müəyyən qidalar var.
Yumurta
Yulaf
Yulaf yaxşı yuxuya kömək edən maddələr ehtiva edir. Tərkibi maqnezium, kalsium, fosfor və kaliumla zəngindir.
Qoz-fındıq
Qoz-fındıq istehlakı orqanizmdə serotoninin səviyyəsini artırır. Onların tərkibində maqnezium və triptofan da var.
Qızılbalıq
Qızılbalıq melatonin istehsalı üçün lazım olan çoxlu miqdarda B6 vitamini var. Bu yemək tez yuxuya getməyə kömək edir.
Banan
Bananın tərkibində çoxlu kalium və maqnezium var. Bu da əzələləri rahatlamağa kömək edir.

