Dünya 

Şimali koreyalı diplomatın Rusiyada itkin düşən arvadı və oğlu ilə bağlı cinayət işi başlandı

Rusiya İstintaq Komitəsi Şimali Koreyanın Baş Konsulluğunun nümayəndəsi Çoy Yon Namın həyat yoldaşı və oğlunun Vladivostokda yoxa çıxması ilə bağlı cinayət işi açıb.

Müvafiq məlumat idarənin saytında dərc olunub.

RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin istintaqın gedişi və hadisənin başvermə şəraiti barədə hesabat təqdim etməyi tapşırıb.

Bildirilir ki, iş idarənin mərkəzi aparatında nəzarətə götürülüb.

Xatırladaq ki, iyunun 6-da KXDR-in baş konsulunun ailəsinin itkin düşməsi barədə xəbər yayılıb. Ana və oğulun Baş Konsulluğun ərazisində taksiyə mindikləri, daha sonra başqa avtomobillə Xabarovska tərəf getdikləri məlumdur. Bundan sonra onlarla əlaqə itib. Mediada diplomatın ailəsinin Çinə və ya Cənubi Koreyaya qaçmış ola biləcəyi bildirilib.

Daha çox xəbərlər