Sabirabadda 2 otaqlı ev yanıb

Sabirabadda yanğın qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, rayonun Mürsəlli kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.