Bakıda birmərtəbəli evdə yanğın olub

Bakıda yanğın qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli evin zirzəmisində istifadəsiz ev əşyaları və lambirindən ibarət tavan 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.