Gəncədə küçələrə sel gəldi-FOTO
Gəncəyə küləklə müşahidə olan güclü yağış yağıb.
ARANTV.AZ APA-ya istnadən verdiyi məlumata görə, bu gün saat 13:30 radələrində güclü yağış yağıb.
Nəticədə bir neçə küçəyə sel gəlib, bəzi küçələrdə avtomobillərin və insanların hərəkətində çətinliklər yaranıb. Hazırda yağış davam edir.
Qeyd edək ki, Qərb bölgəsini əhatə edən rayonlarda yağışlı hava şəraiti davam edir.



