Gündəm 

Azərbaycan AİB ilə sosial-iqtisadi inkişaf prioritetlərini müzakirə edib – FOTO

Azərbaycan İqtisadiyyat Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) arasında ölkənin sosial-iqtisadi inkişaf prioritetləri müzakirə edilib.

Bu barədə nazir Mikayıl Cabbarov öz “Twitter” hesabında paylaşım edib.

“AİB-in Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktoru xanım Reyçel Tomson ilə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, ölkəmizlə bank arasında sıx əlaqələrin təzahürü olaraq həyata keçirilən layihələr və bankın direktorlar şurasında Azərbaycanın səmərəli təmsilçiliyi barədə müzakirələr apardıq”, – deyə o qeyd edib.

 

Daha çox xəbərlər