Hadisə 

Bakıda uşaq bağçasının anbarı əşyalarla birgə yandı

Bakının Nəsimi rayonunda uşaq bağçasının ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən ARANTV.AZ-a verilən məlumata görə, uşaq bağçasının ərazisində ümumi sahəsi 40 m² olan tikilinin (anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində istifadəyə yararsız əşyalar yanıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Daha çox xəbərlər