Bərdədə “İdman hamı üçün” devizi altında 70 nəfər idmançının iştirakı ilə kikboksinq idman növünün nümayişi keçirilmişdir.
18 iyul 2023-cü il tarixdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Heydər Əliyev adına park-bulvarda “İdman hamı üçün” devizi altında 70 nəfər idmançının iştirakı ilə kikboksinq (məşqçi Tural Bayramov) idman növünün nümayişi keçirilmişdir.






