Prezident Arzu Nağıyevi təltif etdi
Prezident İlham Əliyev Arzu Nəsib oğlu Nağıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, A.Nağıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, A.Nağıyev Milli Məclisinin deputatıdır.