Rusiya Türkiyədən idxal olunan tonlarla çiyələk və əriyi geri qaytarıb.
Türkiyədən aparılan məhsullarda zərərli həşərat yumurtaları aşkarlanıb. Bu səbəbdən Rusiyaya aparılan 12,3 ton çiyələk və 7,5 ton ərik Türkiyəyə geri qaytarılıb.
Türkiyəli ekspertlər bu hadisəni iki ölkə arasında iqtisadi böhranın yenidən qabara biləcəyi kimi qiymətləndirirlər. Çünki bir müddət əvvəl Türkiyədən Rusiyaya aparılan 21 ton pomidor ölkəyə buraxılmamışdı. Sonradan həmin məhsullar geri qaytarılmışdı.
