“Arsenal”ın sabiq futbolçusu Bakıdakı finalı şərh edəcək
Bakıda keçiriləcək UEFA Avropa Liqası finalını Rusiyanın “Matç” TV kanalında “Arsenal”ın sabiq futbolçusu Andrey Arşavin şərh edəcək.
ARANTV.AZ xəbər verir ki, Rusiya millisinin sabiq futbolçusu, daha çox “Liverpul”a dörd qol vurması ilə məşhurlaşmış Andrey Arşavin mütəxəssis kimi yer alacaq.
“Çelsi” və “Arsenal” arasındakı həlledici qarşılaşmanın əsas şərhçisi isə Timur Juravel olacaq.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.oxu.az

