16 yaşlı oğlan itkin düşdü: “Anası deyirdi ki, get özünü öldür…” – FOTO
16 yaşlı yeniyetmə mayın 22-si axşam saatlarında evdən çıxıb və geri çıxmayıb.
ARANTV.AZ xəbər verir ki, bunu Xəzər Televiziyasında yayımlanan və Xoşqədım Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişinə çıxan və oğlu Emil İsmayılovu axtaran Ramil İsmayılov deyib.
O qeyd edib ki, ilk dəfədir Emil belə addım atır:
“Emil Göygöldə anası ilə yaşayıb. Həyat yoldaşımla 11 ildir ki, ayrılmışıq. 8 ildən sonra yenidən ailə qurmuşam. Son 3-4 ildə anası bizim aramızı soyutdu. Ev telefonu ilə danışanda deyirdi ki, atandırsa adboy ver. Emili anası döyüb. Ona görə də evi tərk edib. Emil mayın 22-si həyat yoldaşım döyüb. Bildirib ki, oxumursansa sənin kimi uşaq lazım deyil. Get özünü öldür və ya daha sənə atan baxsın. 24 mayda indiki həyat yoldaşım mənə zəng etdi ki, polis səni axtarır. 11 ildən sonra ilk dəfə həyat yoldaşıma Emilin şəkili üçün zəng etdim. Həyat yoldaşım bütün bunları polislərə də bildirib. Emilin anası polisə deyib ki, uşaq lazım deyil. Sadəcə tapın. Keçmiş həyat yoldaşım bildirdi ki, 4 ildi qeyri-rəsmi yaşadığı var. Emildən anası həmin kişiyə ata deməsini istəyib, amma söyləməyib. Düşünürəm ki, Emili anası məhz o kişiyə ata demədiyi üçün döyüb. Emillə 4 il bundan öncə görüşmüşdü. O mənə deyirdi ki, anam məni döyür. Evdən çıxanda cəmi onun 33 manat pulu olub”.big.az

