Bakı metrosunda CİNAYƏT
Bakı Metrosunda qadına qarşı cinayət törətmiş şəxs tutulub.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin aprel ayında metronun “Koroğlu” stansiyasında İsmayıllı rayon sakini K.Mehdiyevanı aldadaraq 603 manat pulunu almaqda şübhəli bilinən Füzuli rayon sakini K.Əmrahlı saxlanılıb.
Araşdırma aparılır.
publika.az

