Gündəm 

“Sberbank” SOCAR-ın iddia etdiyi neft emalı zavodunun satışı ilə bağlı danışıqlar aparır

Rusiyanın “Sberbank” bankı Antipino neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar aparır.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini bildirib.

O bildirib ki, zavod yalnız bu sahədə böyük iş təcrübəsinə malik şirkətlərə satılacaq.

Qeyd edək ki, bir müddət əvvəl SOCAR-ın Antipino NEZ-in satın alınmasında maraqlı olduğu barədə məlumatlar yayılmışdı. Şirkətdən Trend-ə verilən müsahibədə həmin zavodun alınması ilə bağlı investisiya planının olmadığı açıqlanmışdı.

Daha çox xəbərlər