Rusiyada qəzet redaksiyasına hücum – 4 yaralı
Rusiyanın Stavropol şəhərində naməlum şəxs bıçaqla yerli qəzet redaksiyalarından birinə hücum edib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hücum nəticəsində redaksiyanın 4 əməkdaşı yaralanıb.
Onların həyatlarına hər hansı bir təhlükə olmadığı deyilir.
Polis hücum edən şəxsi saxlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

