Arvadını qətlə yetirən Salyan sakini saxlanıldı – VİDEO
Salyanda 25 yaşlı qadın qətlə yetirilib.
Belə ki, avqustun 16-da saat 15:00 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü Günel Qurban qızı İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Qonşuların sözlərinə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Qaraş Rabil oğlu İbrahimov zəhmətkeş oğlan olub: “O gəlin onları yerlə-yeksan etdi”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Qaraş İbrahimov könüllü polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: