Hadisə 

50 yaşlı kişi küt alətlə döyüldü

Şamaxı rayonunda kişi döyülüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1973-cü il təvəllüdlü Sevindik İmamquliyev küt alətlə döyülüb.

O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, S.İmamquliyevə küt alətlə xəsarət yetirən İsmayıllı rayon sakini Allahverdi Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb:

“Müvafiq ekspertiza təyin olunub və hazırda Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır”.

Daha çox xəbərlər