Dənizə gedən zaman hansı qidaları aparmaq lazımdır?-AÇIQLAMA
Temperaturların yüksəldiyi bu günlərdə vətəndaşlarımız istirahətə, çimərliklərə gedirlər. Bu zaman yeyilən qidalara xüsusi diqqət yetirmək lazımdır. Mövcud hava şəraitinə görə yanlış qida orqanizmdə ciddi fəsadlar törədir. Məsələ ilə bağlı həkim Nərgiz Kərimova BiG.AZ-a açıqlama verib:
“Havada temperaturun yüksəlməsinə insanlar tez-tez çimərliyə üz tuturlar. Çimərliyə gedən zaman qida seçiminə diqqət etmək lazımdır. Yağsız peçenye, qoz , findıq, qurudulmuş meyvələr, su və şirələr daha məqsədəuyğundur. Eyni zamanda ən yaxşı sobada hazırlanmış toyuq və tərəvəzlərin istifadəsini məsləhət görürük. Vətəndaşlarımız dənizə gedərkən qaynadılmış kartof, çörək, təzə meyvələrə də üstünlük verməlidir. Aparılan tərəvəz və meyvələr təmiz yuyulmalıdır. Bütün qidaları, ərzaq məhsullarını günəş şüalarının altında saxlamaq olmaz. Əgər qidalar düzgün saxlanılmasa infeksiyaların yaranmasına səbəb ola bilər. Hava şəraitindən asılı olaraq bütün mikroorqanizmlər çox sürətlə həmin qidalarda inkişaf edə bilər. Qidalar düzgün seçilməlivə təhlükəsizliyinə əmin olmaq lazımdır. Düzgün saxlanılmayan qidanı yedikdə mədə-bağırsaq pozğunluğuna səbəb olaraq mədə nahiyəsində ağrılar, ishal, ürək bulanma və qusma kimi əlamətləri özünü göstərir. Vətəndaşlarımıza buradan müraciət edirik ki, belə hallar müşahidə olunduqda həkimə müraciət etsinlər”.

